İsveçrənin Cenevrə şəhərində “Azərbaycan 2022: Avropa və Asiya üçün enerji mənbəyi və logistika mərkəzi” mövzusunda dəyirmi masa keçirilib.
Tədbir Cenevrə Ticarət, Sənaye və Xidmət Palatası (CCIG) tərəfindən İsveçrə-Şərqi Avropa, Mərkəzi Asiya, Cənubi Qafqaz Birgə Ticarət Palatasının (JCC), Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və SOCAR Trading-in dəstəyi ilə təşkil olunmuşdur.
Azərbaycanın İsveçrədəki səfiri Fuad İsgəndərov, Azərbaycanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Cenevrə Ticarət, Sənaye və Xidmət Palatasının direktoru Natali Hardin, İsveçrənin Birgə Ticarət Palatasının idarəedici direktoru-İclasda Şərqi Avropa, Mərkəzi Asiya, Cənubi Qafqaz ölkələri İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) Cənubi Qafqaz və digər ölkələr üzrə departamentinin rəhbəri Seraina Siqron və SOCAR Trading-in nümayəndəsi Tağı Tağızadə çıxış ediblər.
Dəyirmi masada KOBİA, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) və İsveçrənin M&M şirkətinin Azərbaycanda KOS-lara (SME) göstərilən dəstək və xidmətlər və ölkənin investisiya potensialı, habelə logistika və enerji imkanlarından bəhs edən təqdimatları dinlənilib.
İclas çərçivəsində KOBİA, İsveçrə-Şərqi Avropa, Mərkəzi Asiya, Cənubi Qafqaz (JCC) Birgə Ticarət Palatası və İsveçrənin Alternativ Maliyyələşdirmə şirkəti arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Baku, September 23, AZERTAC