Bakıda Azərbaycan-Avstriya biznes forumu keçiriləcək

Bakıda Azərbaycan-Avstriya biznes forumu keçiriləcək

Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) rəhbəri Yusif Abdullayev Avstriyanın Azərbaycandakı Kommersiya Müşaviri Gerhard Lakner ilə görüşüb.

Görüşdə Abdullayev agentliyin fəaliyyəti, Azərbaycanda mövcud olan əlverişli biznes və investisiya mühiti, və ölkədə həyata keçirilən layihələr barədə məlumat verib.

Görüşdə, hər iki ölkənin işgüzar dairələri arasında əlaqələrin genişləndirilməsi perspektivləri, o cümlədən Azərbaycan-Avstriya biznes forumunun keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Bakı, 28 sentyabr,  Azertac

Related News