MENU

Korporativ və Kommersiya Hüququ

Korporativ və Kommersiya Hüququ

Biznes və fərdi ehtiyaclar üçün hüquqi həllər

Biz, sizə korporativ və kommersiya hüququnun bütün istiqamətləri üzrə məsləhət xidmətləri göstəririk. Komandamıza vergi və vergiqoyma, enerji və təbii ehtiyatlar, maliyyə və kapital bazarları, investisiyaların idarə edilməsi, “startap”, texnologiya və əqli mülkiyyət hüququ üzrə mütəxəssislər daxildir. “Alliance Hüquq Mərkəzi” (ALC) olaraq sizi hüquqi, normativ və biznes dəyişiklikləri, habelə qarşısını ala biləcəyiniz potensial risklər barədə məlumatlandırmaqla sizə böyük dəstək oluruq. Biz, həmçinin, sizin hüquqi və bazar yenilikləri barədə məlumatlı olmağınız üçün təşəbbüs göstəririk.

Kommersiya və korporativ hüququ üzrə xidmətlərimizə aşağıdakılar daxildir:

  1. Hüquqi şəxslərin, həmçinin filial və nümayəndəliklərin Azərbaycan Respublikasında qeydiyyatı, yenidən təşkili və ləğvi;
  2. Xarici investisiya və birgə müəssisələr;
  3. Səhmdar sazişləri;
  4. Korporativ dəyişikliklərin qeydiyyatı;
  5. Korporativ sənədlərin hazırlanması;
  6. Birləşmə və satınalma;
  7. Startap müəssisələrin təsis edilməsi və fəaliyyətlərinin təşkili;
  8. Alıcı və satıcıların hüquqi ekspertizası (Öz Müştərini Tanı və Öz Təchizatçını Tanı);
  9. Birləşmələr, müqavilə öncəsi danışıqlar və müqavilələrin layihəsinin hazırlanmasında hüquqi dəstəyin göstərilməsi;
  10. Müqavilə münasibətlərindən irəli gələn kommersiya risklərinin aşkar və təhlil edilməsi.