MENU

AZƏRBAYCANDA GÖMRÜK TƏMSİLÇİLİYİ VƏ BROKER XİDMƏTLƏRİ

AZƏRBAYCANDA GÖMRÜK TƏMSİLÇİLİYİ VƏ BROKER XİDMƏTLƏRİ

İstədiyinizi Vaxtında Alın

“Alliance Tax & Finance” şirkətinin təcrübəli gömrük mütəxəssisləri istənilən ölkədən sifariş edilən malların heç bir gömrük məntəqəsinə getmədən, vaxtınıza və xərclərə qənaət edərək ünvanınıza ən rahat şəkildə çatdırılmasını təmin etməklə peşəkar gömrük rəsmiləşdirilməsi və broker xidmətləri təklif edir.

Biz aşağıdakı gömrük rəsmiləşdirilməsi xidmətlərini təqdim edirik:

1) İdxal və ixrac üçün gömrük rəsmiləşdirilməsi;

2) Gömrük ödənişlərinin hesablanması və ödənilməsi;

3) Hər növ gömrük bəyannamələrinin tərtib olunması (idxal, ixrac, müvəqqəti saxlama, müvəqqəti idxal, müvəqqəti ixrac, təkrar ixrac və s.);

4) Gömrük orqanından xüsusi gömrük prosedurlarının aparılması üçün icazələr;

5) Beynəlxalq Gömrük Məcəlləsinin kodlarının müəyyən edilməsi;

6) Tranzit əməliyyatlarının aparılması üzrə xidmətlər;

7) Gömrük orqanlarında və gömrük ekspertizası aparan gömrük laboratoriyalarında müəssisənin təmsil olunması (malların tərkibinin texniki göstəricilərinin, gömrük dəyərinin müəyyən edilməsi və s.);

8) Müqavilələrin hazırlanması və gömrük kodunun təqdim edilməsi;

9) Digər zəruri sənədlərin (CMR, faktura və s.) hazırlanması.