MENU

İDARƏETMƏ UÇOTU

İDARƏETMƏ UÇOTU

Sizin İmiciniz Nüfusunuzun Bir Hissəsidir

Biznesi effektiv idarə etmək üçün ilk növbədə gündəlik istehsal, satış, material və xammaldan istifadə, istehsal olunan məhsulların dəyəri və s. kimi fəaliyyətləriniz haqqında operativ və dolğun məlumat lazımdır. Mühasibat uçotu bu tip məlumatları operativ və analitik şəkildə təmin edə bilməz. Müəssisənizdə mühasibat uçotu sistemi ilə birlikdə idarəetmə uçotu sisteminə də ehtiyacınız var.

İdarəetmə uçotu sisteminin yaradılması və işlədilməsi zərurəti ondan ibarətdir ki, müasir dövrdə müəssisələr arasında rəqabət güclənir, bazarlar mürəkkəbləşir və idarəetmə qərarlarının keyfiyyəti üçün yeni məlumatlar tələb olunur.

Sizə aşağıdakıları təqdim edirik:

  • İstehsal xərclərinizin təşkili, məsrəflərin uçotu, məhsulun maya dəyərinin hesablanması və idarəetmə uçotu;
  • Planlaşdırma, qərar qəbul etmə və nəzarətlə bağlı idarəetmə proseslərinizin həyata keçirilməsi;
  • Faktla məlumatın bir-birindən fərqləndirilməsi.